Limam Seyidi "Xəzər Lənkəran"da qalmağa qərar verdi
Bildiyiniz kimi, UEFA-nın məlum cəzanı qışa qədər qüvvədə saxlamasından sonra "Xəzər Lənkəran"ın yeni transferləri bir-bir komandadan ayrılmağa qərar verdi.

Vaqif Cavadov, Ruslan Abışov, Rəşad Eyyubov, Vüqar Nadirovdan fərqli olaraq, Limam Seyidi komandada qalmağa qərar verib.

O, rəhbərliklə söhbəti zamanı bildirib ki, komandanın heyətində məşqlərini davam etdirib 2016-cı ili gözləyəcək.

Qeyd edək ki, UEFA-nın qərarı ilə "Xəzər Lənkəran" yalnız 2016-cı ildən etibarən yeni transferlərin xidmətindən istifadə edə bilər.

Xəbər 642 dəfə oxundu.