“Tottenhem”in “Qarabağ”la oyun üçün heyəti açıqlandı
“Tottenhem” klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyuna hansı heyətlə çıxacağı böyük ölçüdə dəqiqləşib. İngiltərə mətbuatı ehtimal “11-liy”i yazıb.

Həmkarlarımızın fikrincə, 4-2-3-1 taktiki sxeminə üstünlük verəcək baş məşqçi Maurisio Pokettino bu heyəti meydana buraxacaq: Mişel Vorm, Yan Vertongen, Tobi Alderveyreld, Denni Rouz, Kiran Trippyer, Tomas Kerroll, Erik Dayer, Aleks Pritçard, Erik Lamela, Bamidele Alli, Harri Keyn.

Qeyd edək ki, sentyabrın 17-də “Uayt Hart Leyn” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-da start götürəcək.

Xəbər 680 dəfə oxundu.