“Real”ın baş məşqçisi Stiven Cerrardın onunla bağlı dediklərinə münasibət bildirib
Benitesin ironiyası - Tezliklə kitabı satışda olacaq


“Real”ın baş məşqçisi Rafael Benites Stiven Cerrardın onunla bağlı dediklərinə münasibət bildirib.

Cerrard avtobioqrafik kitabında qeyd edib ki, Beniteslə münasibətləri qaydasında olmayıb. Kitabın “Daily Mail”də dərc olunan müəyyən hissəsində Stiven baş məşqçinin onu sevmədiyini yazıb. Vaxtilə “Liverpul”u çalışdıran Benites isə Cerrardın dediklərini təkzib edib:

“Onun yazdıqlarını oxumuşam. Əminəm ki, Cerrard səhv edir. Stivenə və “Liverpul” azarkeşlərinə böyük hörmət əlaməti olaraq deyirəm: ən yaxşısı bu sözlərə fikir verməməkdi.

Tezliklə onun kitabı satışda olacaq. Mən isə “Real”ın baş məşqçisiyəm. Bu amil kitabın satışına ciddi təsir göstərəcək”.

Xəbər 674 dəfə oxundu.