Roman Qriqorçukun jurnalistlərlə görüşünün vaxtı açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qəbələ” – PAOK (Yunanıstan) matçından əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq.

“Bakcell Arena”da baş tutacaq görüş sabah - sentyabrın 16-sı 19:15-də arenanın Media zalında start götürəcək. 20:00-da isə PAOK-un çalışdırıcısı İqor Tudor media nümayəndələrinin suallarını cavablandıracaq.

Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Yunanıstan təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də saat 22:00-da başlayacaq.

Xəbər 605 dəfə oxundu.