Çertoqanov iki, Aylton bir oyunluq cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Sumqayıt” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Xəbər 625 dəfə oxundu.