“Bütün futbolçularla əla münasibətim var”
“Məşqlər gözəl keçir. Premyer Liqanın oyunlarına hazır olmaq üçün çox ciddi çalışırıq. Hər şey öz axarı ilə davam edir. Artıq yeni komandamla iki oyuna çıxmışam”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Qəbələ” klununun yeni transferi Yannik Kamanan deyib.

Fransalı legioner klubun rəsmi saytına açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı haqda danışıb: “İlk oyun mənim üçün biraz çətin oldu. Çünki bir-birimizi meydanda o qədər də yaxşı tanımırdıq. Amma getdikcə aramızdakı anlaşma güclənir. Vacib matçlara iki həftəyə yaxın vaxt qalıb. Bu dövrü dəyərləndirib tam komplektləşəcəyik”.

Kamanan mövsümün ikinci yarısına hazırlıq haqda da fikirlərini açıqlayıb: “Hazırda komandanın çempionat oyunlarına hazır olub-olmaması barədə fikir söyləyə bilmərəm. Biz bunu liqanın ilk oyununda görəcəyik. Mən bugün hazır olduğumuzu deyə bilərəm, amma vacib oyunda uduzsaq sözlərimin yanlış olduğu ortaya çıxar. Ona görə də komandanın gücünü görmək üçün çempionatı gözləməliyik. Mən hazır olduğumuzu deyə bilərəm, amma başqa bir komanda yoldaşım da mənimlə razılaşmaya bilər. Futbol komanda oyunudur. Bütün kollektiv özünü hazır hiss etdiyi zaman hazır olduğumuzu deyə bilərik”.

Yannik yeni klubundakı dostları Viktor Mendi və Abdulkader Kamara ilə münasibətlərinə də toxunub: “Mendi və Kamara çox çılğın insanlardır. Bir böyük kimi onların qeydinə qalmalıyam. Hər zaman hansısa kluba gedəndə orada özünə yaxın bir neçə futbolçu tapırsan. Mendi il Kamara məhz belə futbolçulardandır. Eyni dildə danışırıq. Mənim bütün futbolçularla əla münasibətim var. Onlar məni ilk gündən çox xoş qarşıladılar. Düşərgəmizdə super atmosfer var. Komandadakı bütün futbolçularla dil tapa biliəm. Kimisi ilə ingiliscə, kimisi ilə fransızca, kimisi ilə də türkçə anlaşırıq”.

Xəbər 944 dəfə oxundu.