UEFA Norveçin oyununu azərbaycanlı xanıma tapşırdı
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

O, qadınlar arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 22-də, Qazaxıstanın Astana şəhərində baş tutacaq Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.

Bu, Mehtiyevanın beynəlxaq oyuna ilk təyinatıdı.

Xəbər 628 dəfə oxundu.