Saşa Yunisoğlunun keçmiş klubu “Neftçi”ni güclü saymır
“Neftçi” klubunu Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə düşdüyü “B” qrupundakı rəqibi Azərbaycan çempionundan çəkinmir. Apasport.az saytının məlumatına görə, Polşanın “Poloniya” klubu “ağ-qaralar”ın o qədər də güclü rəqib olmadığını düşünür.

Təmsilçimizlə yanvarın 30-da görüşəcək Varşava klubunun rəsmi və qeyri-rəsmi saytları turnir haqda mülahizələrini bölüşüblər. Bu saytlardan biri püşkün nəticələrini də dəyərləndirib: “Turnirdə bizimlə yanaşı çıxış edən digər 7 komandadan yalnız 2-dən qorxmağa dəyər. Bunlar Rusiyanın “Terek” və Ukraynanın “Metallist” komandalarıdır. Onlardan da yalnız biri – “Metallist” bizimlə eyni qrupa düşüb”.

Qeyd edək ki, “Poloniya” milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu keçmiş komandası olub. “Neftçi”yə gəlincə, onun qrupunda “Poloniya” və “Metalist” ilə yanaşı, Özbəkistan “Paxtakor”u da yer alıb.

Xəbər 974 dəfə oxundu.