Podolskinin Türkiyə bayrağı önündə əsgəri salamı Almaniyanı qarışdırdı
"Qalatasaray"lı alman futbolçu Podolskinin Türkiyə bayrağı önündə əsgər salamı verən fotosunu "Twitter"-də paylaşılması, ölkəsində gündəm mövzusu olub.

Türkiyəyə qarşı qərəzli yazılar dərc etməklə tanınan Almaniyanın "Spiegel" jurnalı "Podolskinin Türk bayrağı qarşısında salamı təəccübləndirdi" başlığı ilə xəbər yayıb.

Xəbərdə bildirilir ki, Almaniya millisinin də futbolçusu olan Podoliskinin paylaşdığı foto internetdə mübahisələrə yol açıb.

Jurnal qeyd edib ki, almanlar Podoliskinin bu addımını pisləsələr də, türklər futbolçunun bu hərəkətini sevinclə qarşılayıblar.

"Berliner Morgenpost" qəzeti isə "Podolski türk bayrağı qarşısında verdiyi salamla tənqidlərə səbəb oldu" başlıqlı yazıda "sarı-qırmızılı" oyunçunun bu görüntüntülərinin suallara səbəb olduğunu qeyd edib.

"Bild" qəzeti isə "Podolskinin şəkli məsələsində mübahisə" başlıqlı xəbərdə, almanların futbolçunun bu hərəkətinə dəstək vermədiyi bildirilir.

Podoliski "Bild"ə verdiyi açıqlamada addımının siyasi bir aksiya olmadığını deyib.

"Bu bir siyasi aksiya deyil, həyatını itirən türk əsgərləri üçün bir baş sağlığıdır."

Qeyd edək ki, Podolski Türkiyə bayrağının önündə əsgəri salam verdiyi şəkilinin altına "Ürəyim sizlərlədir, bayraq üçün torpağa düşən uca əsgər! Türk millətinin başı sağ olsun "yazıb. Daha sonra o yazısını " Həyatını itirən bütün əsgərlər, ürəyim sizlərlədir ! Türkiyənin başı sağ olsun" şəklində dəyişdirib.

"Twitter"də təxminən 2,75 milyon izləyicisi olan Podolskinin bu mesajını 7,5 milyon izləyici müsbət qarşılayıb.

Xəbər 673 dəfə oxundu.