Həyəcan başlayır: “Qalatasaray” “Atletiko”ya qarşı - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. İlk oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

A qrupunda Madrid “Real”ı “Şaxtyor”u, PSJ isə “Malmö”nü qəbul edəcək.

B qrupunda “Mançester Yunayted” səfərdə PSV ilə qarşılaşacaq. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-i ilə üz-üzə gələcək.

Azərbaycanlı azarkeşlər üçün gecənin ən maraqlı qarşılaşması C qrupunda baş tutacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ilə münasibətləri ayırd edəcək. ÇL-in debütantı “Astana” isə “Benfika”nın qonağı olacaq.

Gecənin digər maraqlı qarşılaşması D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçiriləcək. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Yuve”nin İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq.

15 sentyabr

A qrupu
23:45. PSJ (Fransa) – “Malmö” (İsveç)
23:45. “Real” (Madrid, İspaniya) – “Şaxtyor” (Ukrayna)

B qrupu
23:45. PSV (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)
23:45. “Volfsburq” (Almaniya) – MOİK (Rusiya)

C qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Astana” (Qazaxıstan)
23:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya)

D qrupu
23:45. “Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya)
23:45. “Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)

Xəbər 688 dəfə oxundu.