"Yuventus"un üzvü yığmamıza qarşı oynamayacaq
"Yuventus"un və İtaliya millisinin üzvü Klaudio Markizio zədəsini yeniləyib.

Bu barədə məlumatı "qoca sinyora"nın rəsmi saytı yayıb.

Belə ki, avqustda baldırından zədələnən Klaudio Markizio, İtaliya A seriyasının son turunun "Kyevo"yla oyununda (1:1) zədəsini yeniləyərək fasilədə əvəzlənib.

Həkimlər Klaudionun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağını bildiriblər.

Bu isə o deməkdi ki, həm də İtaliya millisinin üzvü olan Markizio, oktyabrın 10-da Bakıda bu ölkənin yığmasıyla millimiz arasında baş tutacaq AÇ-2016-nın seçmə mərhələ matçında forma geyinə bilməyəcək.

Xəbər 682 dəfə oxundu.