«Şah»dan növbəti qələbə
Cəbəllütariqdə şahmatçılar arasında keçirilən beynəlxalq turnirdə IV tur arxada qalıb. İdman.com.az saytının məlumatına görə, hesabat turu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) üçün uğurlu alınıb. Yarışdakı yeganə həmyerlimiz ötən tur ingiltərəli Naycel Şortdan aldığı məğlubiyyəti bu dəfəki qələbə ilə unutdurub.

O, ABŞ-ı təmsil edən əslən ukraynalı olan qadın şahmatçısı Anna Zatonski (2506) güclü olub. Nəticədə Məmmədyarov xal hesabını 3-ə çatdıra bilib. 4 turdan sonra həmyerlimiz turnir cədvəlində 256 zəka sahibi arasında 13-cüdür. Şəhriyar ötən turla müqayisədə 16 pillə irəliləyişə nail olub.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar növbəti turda Almaniya təmsilçisi Niklas Huşenbetlə (2518) qarşılaşacaq.

Xəbər 1056 dəfə oxundu.