"CBC Sport" "Kəpəz" - "Qarabağ" matçına görə PFL rəhbərliyi ilə görüşəcək
Həftəsonu keçiriləcək Prmeyer Liqanın 5-ci turunun 3 oyununun (AZAL - "İnter", "Neftçi" - "Xəzər Lənkəran" və "Qəbələ" - "Sumqayıt) canlı yayımlanacağı barədə məlumat vermişdik. Ötən mövsümün çempionu "Qarabağ"ın ardıcıl iki turda oyununun yayımlanmaması isə Ağdam təmsilçisinin azarkeşlərinin etirazına səbəb olub.

Məhz "CBC Sport" telekanalı öz facebook səhifəsində "Kəpəz" - "Qarabağ" matçının yayımlanıb -yayımlanmayacağına görə bu gün PFL rəhbərliyi ilə növbədən kənar görüş keçirəcəyini bildirib.

Xəbər 898 dəfə oxundu.