"Böyük oyun" və daha iki qarşılaşma canlı yayımlanacaq
Azərbaycan Premyer Liqasında həftəsonu keçiriləcək 5-ci turun 3 oyunu canlı yayımlanacaq.

Bu barədə məlumatı Premyer Liqanın yayım hüququna malik olan CBC Sport telekanalının rəsmi "facebook” səhifəsi yayıb. İzləyicilər "Neftçi” – "Xəzər Lənkəran”, "Qəbələ” – "Sumqayıt” və AZAL – "İnter” matçlarının mavi ekranlardan seyr edə biləcək.

Qeyd edək ki, hələlik oyun proqramı hazır olmadığından yayımların saatı da məlum deyil

Xəbər 635 dəfə oxundu.