«Qəbələ» məşqini 2 futbolçusu olmadan keçirdi
Antalyada hazırlıqlarını davam etdirən «Qəbələ» bu gün 2 məşqlə təlim-məşq toplanışının 8-ci gününü yekunlaşdırıb. İdman.com.az saytının xəbərinə görə, komanda günün ilk yarısında «Gloria Serenity» mehmanxanasının fitness zalında fiziki çalışmalar yerinə yetirib.

Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli Vurğun Hüseynov və icazəli Deon Bartondan başqa bütün futbolçular iştirak ediblər. Komanda sabah da hazırlıq toplanışını 2 məşqlə davam etdirəcək.

Xəbər 911 dəfə oxundu.