Vüqar Əsgərov qol vurdu, komandası qalib gəldi
Latviya 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Smiltene" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşün 90-cı dəqiqəsində penaltidən qol vurmaqla görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 11-ci qoludur. Onun komandası isə 46 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər 781 dəfə oxundu.