Bakıda keçirilən şahmat üzrə Dünya kuboku İspaniya mətbuatında da işıqlandırılıb
İspaniyanın və dünyanın ən nüfuzlu idman nəşrlərindən olan “Marca” Bakıda keçirilən şahmat üzrə Dünya kuboku haqqında yazıb. Bu yarışda İspaniyanı təmsil edən yeganə şahmatçı David Anton Guijarronun ilkin mərhələdə Rumıniya təmsilçisi Liviu Diter Nisipianuya məğlub olması təəssüflə qeyd edilir.

Daha sonra yarışın gedişi haqqında ətraflı məlumat verən “Marca” əsasən Latın Amerikalı şahmatçıların çıxışlarına diqqət ayırıb. Turnirinin əsas sensasiyalarından biri kimi İsrail şahmatçısı Boris Gelfandın Çili təmsilçisi Kristobal Enrikez tərəfindən məğlub edilməsi göstərilir.

AZƏRTAC

Xəbər 655 dəfə oxundu.