Rodriqes və Danilo "Şaxtyor"a qarşı oynamayacaq
"Real"ın futbolçuları Xames Rodriqes və Danilo Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"a qarşı matçda iştirak etməyəcək.

Hər iki oyunçunun Donetsk təmsilçisi ilə oyuna kimi zədələrinin sağalmayacağı dəqiqləşib. Bu səbəbdən onların adı "Şaxtyor"la oyun üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, "Real" - "Şaxtyor" qarşılaşması sabah keçiriləcək.

Xəbər 689 dəfə oxundu.