Aquero "Yuventus"a qarşı oynayacaqmı?
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə "Yuventus"la qarşılaşacaq "Mançester Siti" ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Serxio Aquero sabahkı görüşdə iştirak etməyəcək.

Buna argentinalı futbolçunun dizindən zədə alması səbəb olub. "Kristal Palas"la Premyer Liqa matçında (0:1) zədələnən Aquero matçın 25-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini də 27 yaşlı futbolçunun "Yuventus"a qarşı oyanaya bilməyəcəyini təsdiqləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 652 dəfə oxundu.