Sneyder: "Favorit "Atletiko"dur"
"Türkiyə superliqasında yaxşı başlamadıq. Ancaq Çempionlar Liqası başqa turnirdir. Azarkeşlər qarşısında fərqli oyun nümayiş etdiririk. "Atletiko" güclü rəqibdir. Son illər komanda inkişaf edib. Ancaq biz də güclü rəqibik".

Bu sözləri "Qalatasaray"ın futbolçusu Uesli Sneyder Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə ilk oyun öncəsi deyib.

O, Madrid klubunun təkcə qrup mərhələsinin deyil, ÇL-in ən güclü komandalarından biri olduğunu vurğulayıb:

"Onlar Çempionlar Liqasının kubokunu qazana bilərlər. Matçın favoriti "Atletiko"dur. Bizim Çempionlar Liqasında onlar kimi bir komandaya qarşı oynamaqla başlamağımız üstünlük olacaq".

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko" görüşü sabah keçiriləcək.

Xəbər 690 dəfə oxundu.