“Mançester Yunayted” ağır itkiylə üzləşib
“Mançester Yunayted” ağır itkiylə üzləşib.

“Qırmızı şeytanlar” Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun PSV ilə səfər oyununda əsas hücumçusu Ueyn Runinin xidmətindən istifadə edə bilməyəcək.

Belə ki, İngiltərə Premyer Liqasının 5-ci turunun “Liverpul”la ev oyunundan (3:1) öncəki məşqdə zədələnən 29 yaşlı forvard, bu səbəbdən “qırmızılar”la matçda da oynamamışdı. Mankunianların rəsmi saytının yaydığı məlumata görə, Runi məhz bu səbəbdən PSV ilə səfər oyununu da buraxmalı olacaq.

PSV - “Mançester Yunayted” matçı sentyabrın 15-də, saat 23:45-də start götürəcək.

Xəbər 789 dəfə oxundu.