“Qarabağ” üçün düşərli hakim
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem” – “Qarabağ” matçını idarə edəcək isveçrəli hakim Adrien Yakkottet Ağdam klubuna tanış referidi. Apasport.az saytı xəbər verir ki, təcrübəli hakim bundan əvvəl də “köhlən atlar”ın oyununda ədaləti qoruyub.

Belə ki, o, ötən mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Valletta” – “Qarabağ” görüşündə fit çalıb. Onun idarə etdiyi görüşdə Qurban Qurbanovun komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Həmin matçda Ağdam klubunun heç bir oyunçusu vərəqə almadığı halda, ev sahibləri 2 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırılıblar

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər 645 dəfə oxundu.