"Qəbələ" – PAOK matçının biletləri satışa çıxarılır
Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - PAOK qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.

Fubolsevərlər saat 17:00-dan etibarən matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarından biletləri əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 2,5 və 10 manat arasında dəyişir.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Qəbələ" - PAOK oyunu saat 22:00-da başlayacaq.

Xəbər 587 dəfə oxundu.