Respublika stadionunun direktoru istefa verdi
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun vəzifəsini tərk etməsinə səbəb səhhətindəki problemləri olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında Akif İsmayılovun öz istəyi ilə vəzifəsindən getdiyini deyib:

“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, A.İsmayılovun yerinə kimin gətiriləcəyi hələ bilinmir:

“Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, son zamanlar Respublika stadionunun durumuyla bağlı ciddi və haqlı narazılıqlar vardı

Xəbər 592 dəfə oxundu.