"Qəbələ" - PAOK matçı ispanlara tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qəbələ" - PAOK matçının hakimləri bəlli olub.

Matç ispaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi olacaq Xavyer Estrada olacaq. Ona həmyerliləri Miqel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü referi funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - PAOK oyunu sentyabrın 17-si saat 22:00-da başlayacaq.

Xəbər 635 dəfə oxundu.