“Qarabağ”ın rəqibinin baş məşqçisi - Tam razı qaldım
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Tottenhem" dünən səfərdə "Sanderlend"i minimal hesabla məğlub edərək (1:0), İngiltərə Premyer Liqasının cari mövsümündə ilk qələbəsini qazandı.

Hotspurluların baş məşqçisi Maurisio Poçettino oyundan sonra matçla bağlı fikirlərini bildirib. Argentinalı mütəxəssis komandasının kollektiv oyunundan məmnunluq duyub:

"Bu matçda oyunçuların çıxışından tam razı qaldım. İlk hissədə oyunumuz bir qədər alınmasa da, ikinci hissədə üstünlüyü ələ aldıq.

Bu oyunda qələbəyə tam layiq idik. Komandam kollektiv oyun sərgilədi və bunun nəticəsində möhtəşəm qola imza atdıq. Bu gün komandam mənim istədiyim oyunu sərgilədi".

Xəbər 729 dəfə oxundu.