Azərbaycan ilk “onluq”da, Ermənistan siyahıda yoxdu
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Siyahıda qitənin 47 komandası yer alıb.

Faiq Qarayevin çalışdırdığı Azərbaycan yığması aktivindəki xalların sayını 252-yə yüksəltməklə, ilk “onluğa” daxil olub. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyərək, 10-cu pillədə qərarlaşan komandamız Çexiya və Fransanı arxada qoyub.

Millimizin hesabındakı 252 xalın 44-ü Bakıda keçirilən I Avropa oyunlarındakı nəticələrə görə əldə olunub. 72 xal AVRO-2013-də, 84 xal AVRO-2011-də, 32 xal DÇ-2014-ün seçmə, 10 xal isə London-2012-nin təsnifat mərhələsində qazanılıb.

Cədvəlin ilk pilləsində isə mövqeyini qoruyan Rusiya qərarlaşıb – 326 xal. Serbiya (324) yeni ikinci olduğu halda, Avropa çempionatındakı rəqiblərimizdən Türkiyə (320) üçüncü yerə qalxıb.

AVRO-2015-dəki digər rəqiblərimizdən Belçika (260) yenə 8-ci olduğu halda, Avropa Liqasını qazanan Macarıstan 4 rəqibini arxada qoyub. Onlar hazırda 18-cidi.

Cədvəldə yer almayan ölkələr siyahısında Ermənistan da var.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını 4-cü yerdə bitirib.

Xəbər 621 dəfə oxundu.