"Tottenhem" – "Qarabağ": hakimlər müəyyənləşdi
Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Londonda baş tutacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Adrien Yakkottet olacaq. Ona həmyerliləri Rafael Zeder və Vital Jobin köməklik edəcək. Yohannes Voqel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də "Vayt Hart Leyn" stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Xəbər 633 dəfə oxundu.