"Qalatasaray" ulduz futbolçusunu razı saldı: Sneyder komandada qalır
"Qalatasaray" ulduz futbolçusu Uesli Senyderlə yeni müqavilə imzalayacaq. Bu haqda informasiyanı klub prezidenti Dursun Özbək verib.

O, "HaberTürk" kanalında qatıldığı bir verilişdə məsələ ilə bağlı açıqlama verərəkən hollandiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayacaqlarını bildirib: "Artıq Sneyderlə şifahi razılıq əldə etmişik. Gələn həftə onun meneceri İstanbula gələcək və müqavilə imzalanacaq".

Qeyd edək ki, 2013-cü ildən "cim-bom"un şərəfini qoruyan Sneyder bu müddət ərzində İstanbul klubunun heyətində 71 oyunda 25 qol vurmaqla yadda qalıb.

Xəbər 582 dəfə oxundu.