"Fənərbaxça"ya daha bir zərbə
"Fənərbaxça"da daha bir itki baş verib.

Ayağında yırtıq aşkarlanan Dieqo Ribas 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Belə ki, braziliyalı futbolçu "Fənərbaxça"nın "Molde" və "Seltik" matçlarına komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, daha öncə "Fənərbaxça"da Bruno Alves, Abdullaye Ba və Simon Kyaerin zədəli olduğunu xəbər vermişdik.

Xəbər 680 dəfə oxundu.