Ruslan Abışov "Qəbələ"yə qayıdır
"Qəbələ" klubu bu gün Ruslan Abışovla müqavilə imzalayacaq.

Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı müdafiəçi ilə 1 illik müqaviləyə qol çəkiləcək. R.Abışov mövsüm sonunadək "Qəbələ"də çıxış edəcək.

Azərbaycan milli komandasının futbolçusunun "qırmızı-qaralar"ın axşam məşqində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi", "Xəzər Lənkəran" və "Rubin" (Kazan, Rusiya) klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub. Futbolçu yay transfer pəncərəsində "Xəzər Lənkəran"la anlaşsa da, FİFA-nın cənublulara qoyduğu transfer qadağası səbəbindən keçid baş tutmayıb.

Xəbər 654 dəfə oxundu.