Ən çox azarkeş yenə Gəncədə qeydə alındı
Premyer Liqanın IV turu keçirilən 5 oyunla arxada qaldı. 5 oyunda ümumi 17 min 400 azarkeş stadionda canlı olaraq matçı izləyiblər. Ən çox azarkeş isə "Kəpəz" - AZAL (1:0) matçında qeydə alınıb. Belə ki, Gəncə şəhər stadionuna 13 min 200 azarkeş təşrif buyurub.

"Sumqayıt" - "Zirə" (0:0) matçını 1500, "Qarabağ" - "Xəzər Lənkəran" (1:0) oyununu 1200, "İnter" - "Qəbələ" (2:1)-ni 1000, "Rəvan" - "Neftçi" qarşılaşmasını isə cəmi 500 azarkeş stadiondan izləyib.

Xəbər 640 dəfə oxundu.