"Neftçi"dən qadağa ilə bağlı açıqlama
"Neftçi"də futbolçuların mətbuatla ünsiyyətinə qadağa qoyulması haqda məlumat vermişdik. Bildirmişdik ki, hansısa futbolçu icazəsiz müsahibə və ya açıqlama versə, cəzalanacaq.

Açıqlama verən klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mehman Rəsulov bu məsələyə aydınlıq gətirib.

Klub rəsmisi qadağa ilə bağlı bunları deyib: "Bizdə deyilən formada qadağa yoxdur ki, heç kim mətbuata danışmasın. Ola bilsin jurnalist hansısa futbolçumuza zəng etsin və o da rəhbərlikdən icazəsiz danışa bilməyəcəyini desin. Belə olan halda həmin jurnalist mənimlə əlaqə saxlasın və mən də futbolçu ilə danışıb müsahibəni təşkil edim".

Xəbər 668 dəfə oxundu.