Navas "Real"ın tarixinə düşdü
Madrid "Real”ının qapıçısı Keylor Navas komandanın tarixinə düşüb.

İspaniya La Liqasının ilk üç turundan sonra qapısından qol buraxmayan Navas 40 il əvvəlki tarixi tərkrarlayıb.

Qeyd edək ki, Madrid klubu sonuncu dəfə 1975-ci ildə üç turdan sonra qapısını toxunulmaz saxlaya bilmişdi.

Xəbər 656 dəfə oxundu.