Eddi İsrafilov oynadı, “Eybar” 1 xal qazandı
Millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Eybar” klubu İspaniya çempionatının IV turu çərçivəsində dünən səfərdə “Malaqa” ilə qolsuz heç-heçə edib. Bu oyunda İsrafilov da iştirak edib.

Start heyətində yer almayan Azərbaycan yığmasının yarımmüdafiəçisi 66-cı dəqiqədə meydana daxil olub.

İsrafilov 8 dəqiqə sonra hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 3 turdan sonra aktivində 7 xal olan “Eybar” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Xəbər 708 dəfə oxundu.