"Qarabağ"ın rəqibindən xal itkisi
Belçika çempionatında 7-ci turun oyunları keçirilib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də növbəti matçını keçirib. Sözügedən klub doğma meydanda "Genk"lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Anderlext" 7 turdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər 772 dəfə oxundu.