"Yuventus" yenə qələbəyə həsrət qaldı
İtaliya A Seriyasında 3-cü turun oyunlarına start verilib.

İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Son çempion "Yuventus" öz meydanında "Kyevo" ilə qarşılaşıb. Keçirdiyi 2 oyundan məğlub ayrılan Turin təmsilçisi bu görüşdə də qələbəyə həsrət qalıb - 1:1.

Səfərdə "Frosinone"nin qonağı olan "Roma" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. "Fiorentina" isə evdə "Genua"nı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İtaliya A seriyasında 3-cü tura bu axşam keçiriləcək 7 oyunla yekun vurulacaq.





12 sentyabr

İtaliya A Seriyası, 3-cü tur

"Fiorentina" - "Genua" - 1:0
Qol: Babakar, 60 (1:0)
Qırmızı vərəqə: Badelj, 64 ("Fiorentina")

"Frosinone" - "Roma" - 0:2
Qollar: Falke, 44 (0:1), İturbe, 90+3 (0:2)

"Yuventus" - "Kyevo" - 1:1
Qollar: Hetemaj, 5 (0:1), Dibala, 83-pen (1:1)



13 sentyabr

"Verona" - "Torino"

"Empoli" - "Napoli"

"Palermo" - "Karpi"

"Sampdoriya" - "Bolonya"

"Sassuolo" - "Atalanta"

"Latsio" - "Udineze"

"İnter" - "Milan"

Xəbər 826 dəfə oxundu.