Aqil Məmmədov: Nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Zirə” Premyer Liqada ilk mövsümünü keçirsə belə, yaxşı kollektiv qura bilib. Bütün bunları nəzərə alıb, matçın ağır keçəcəyini bilirdik. Mən nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm. Mübarizə və istək vardı. Biz azlıqda qaldıqdan sonra rəqib daha üstün oynadı. Bütün bunlara rəğmən, futbolçulardan razıyam. Aleksandr Çertoqanov qırmızı vərəqə aldığına görə cəzalandırılacaq. İlk turdan sonra Ağabala Ramazanovu da cəzalandırmışdıq”.

Xəbər 715 dəfə oxundu.