Tennis üzrə “US Open” turnirinin qadınlar arasında qalibi italiyalı Flavia Pennetta olub
Tennis üzrə ən nüfuzlu turnirlərdən biri olan “US Open”in qadınlar arasında qalibi italiyalı raketka ustası Flavia Pennetta olub.

Nyu-Yorkda keçirilmiş turnirin finalında həmyerlisi Roberta Vinci ilə qarşılaşan Flavia Pennetta görüşdən qalib ayrılaraq yarışın birincisi olub. Qalibiyyətdən sonra yarışla bağlı təəssüratlarını bölüşən 33 yaşlı idmançı deyib: “Bu, mənim “US Open” turnirində sonuncu iştirakım idi. Tennislə bu cür möhtəşəm qələbə ilə vidalaşmağım fərqli hissdir”.

İki italiyalı idmançının qarşılaşdığı bu tarixi final görüşünü Nyu-Yorkda səfərdə olan İtaliyanın Baş naziri Matteo Renzi, bu ölkənin Olimpiya Komitəsinin prezidenti Covanni Malaqa da həyəcanla izləyiblər.

AZƏRTAC

Xəbər 725 dəfə oxundu.