Şahmat üzrə dünya kuboku yarışlarının iştirakçıları tay-breyk oynayacaqlar
Azərbaycanın paytaxtında şahmat üzrə dünya kuboku yarışları davam edir. Qarşıdakı üç həftə ərzində Bakı şahmat həyatının episentri olacaq. Yarışlar Bakıdakı “Fairmont” otelində təşkil olunur.

128 şahmatçının iştirak etdiyi yarışlar nokaut sistemi üzrə təşkil olunub. Rəqib cütlüklər klassik vaxt nəzarəti rejimində iki partiyadan ibarət matçları keçirməli olacaqlar, hesab bərabər olacağı halda sürətli şahmat və blits oyunlarından ibarət tay-breyklər nəzərdə tutulur. Finalda dörd əsas partiya oynanacaq. Final matçının iştirakçıları 2016-cı ildə iddiaçıların turnirinə vəsiqə alacaqlar.

Dünya kubokunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendən və dünya şahmat tacı uğrunda son matçda onun rəqibi olan hind şahmatçısı Vişvanatan Ananddan başqa müasir dövrdə dünyanın ən güclü qrossmeysterləri çıxış edirlər.

Növbəti dövrədə çıxış edəcək 12 cütlük artıq müəyyən olunub. Onların arasında Azərbaycan qrossmeysteri Rauf Məmmədov da var. Azərbaycan nümayəndəsi ikinci dövrədə italyan qrossmeysteri Fabiano Karuana ilə oynayacaq. 1/32 final mərhələsində Svidler - Nisipyanu, Aronyan - Areşşenko, Vey İ - Vovk, Leko - Ven Yan, Voytaşek - Artemyev, Korobov - Andreykin, Seturaman - Harikrişna, İvançuk - Rodşteyn, İpatov - Elyanov, Lazniçka - Adams, Nakamura - Şenklend cütlükləri də qarşılaşacaqlar.

Aşağıda göstərilən cütlüklər sürətli şahmatda və lazım gəlsə blitsdə də qarşılaşacaqlar: Teymur Rəcəbov (Azərbaycan) -Semuyel Sevian (ABŞ), Eltac Səfərli - Çaba Baloqa (Macarıstan), Qədir Hüseynov - Maksim Matlakov (Rusiya). Aşağıda göstərilən cütlüklər isə rapiddə qarşılaşacaqlar: Bukavşin - Jiqalko, Moiseyenko - Lu Şanley, Van Hao - Perunoviç, Rəcəbov - Sevian, İnarkiev - Kesada, Navara - Nabati, Matlakov - Hüseynov, Motılyov - Qraçov, Gelfand - Enrikes, Baloq – Səfərli, Vityuqov - Ter-Saakyan, Tomaşevski - Rəhman, Sarqisyan - Bartel, Lupulesku - Lısıy, Volokitin - Onişşuk, Vidit - Bruson, Leytan - Hou İfan, Kovalyov - Qasımcanov, İlyuşyonok - Yakovenko, Adiban - Fedoseyev, Atabayev - Qrişşuk, Dominqes - Peres, Çjao Tszyun - Nepomnyaşşiy, Brkiç - Fressine.

Tay-breyk görüşləri Bakı vaxtı ilə saat 15.00-da başlanır.

Xəbər 716 dəfə oxundu.