Balayevsiz "Ayntraxt" 6 qolla qalib gəldi
Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda "Köln"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 6:2 hesablı qələbəsi ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər 723 dəfə oxundu.