"Neftçala"nın rüsvay etdiyi komandanın baş məşqçi istefa verdi
Azərbaycanın I divizionun ilk turunda 2 gün əvvəl Mingəçevirdə "Energetik" "Neftçala" ilə qarşılaşıb və aşağı dəstə autsayder komandası bu birinciliyin ötən mövsümkü çempionuna darmadağın olub - 0:12.

Artıq "Energetik"in baş məşqçisi Sahib Qocayev istefa verib. O bu barədə özü məlumat verib. Ancaq istefanın klub rəhbərliyi tərəfindən qəbul olunub-olunmaması hələ bilinmir.

Qeyd edək ki, Sahib Qocayev 10 ildi Mingəçevir komandasında çalışır. (Qaynar.info)

Xəbər 660 dəfə oxundu.