PAOK "Qəbələ" ilə matçöncəsi böyükhesablı qələbə qazandı
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan superliqasında növbəti matçına çıxıb.

Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olub. Oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mövsümdə ilk qələbəsini qazanan PAOK 4 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

Qeyd edək ki, PAOK sentyabrın 17-də "Bakcell Arena"da "Qəbələ"nin qonağı olacaq.

Xəbər 668 dəfə oxundu.