Avroliqadakı təmsilçilərimizdən “Qarabağ” Topaz Premyer Liqasının dördüncü turunu qələbə ilə başa vurub
Futbol üzrə Topaz Premyer Liqasının dördüncü turunun ilk günündə üç görüş keçirilib.

UEFA Avropa Liqası yarışlarında mübarizə aparacaq “Qarabağ” və “Qəbələ” komandaları Premyer Liqada növbəti oyunlarını keçirib.

Bu tur Ağdamın “Qarabağ” klubu üçün üç xal ilə əlamətdar olub. “Dalğa Arena”da keçirilən matçda son çempion “Xəzər Lənkəran”ı yeni transfer Samuel Armenterosun vurduğu yeganə qolla məğlub edib- 1:0.

Bakının “İnter” klubunun qonağı olan “Qəbələ” komandası isə 1:2 hesabı ilə məğlub olub. “İnter Arena”da keçirilən görüşdə Bakı komandasının heyətində Dieqo Martins dubl edib, “Qəbələ”nin yeganə qolunu isə Aleksey Antonov vurub.

Bu tur “Kəpəz” kollektivi üçün də uğurlu alınıb. Qərb klubu Gəncə şəhər stadionunda “AZAL”ı 1:0 hesabı ilə məğlub edərək Topaz Prenyer Liqasında ilk qələbəsini qazanıb. Gəncə klubunun heyətində Dario Federiko Junior fərqlənib.

Tura bu gün keçiriləcək “Sumqayıt”-“Zirə”, “Rəvan” – “Neftçi” matçları ilə yekun vurulucaq.

Hazırda turnir cədvəlinə 10 xalla “Qarabağ” başçılıq edir. Aktivində 7 xal olan “İnter” və “Qəbələ” klubları ikinci və üçüncü yerləri bölüşürlər.

Xəbər 658 dəfə oxundu.