Boksçumuz dünya çempionatının finalına çıxdı
Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində finalçılar məlum olub. Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdullayev (+80 kq) yarımfinalda gərgin mübarizədə yerli boksçu - Dmitri Fomini məğlub edib - 2:1. Həmyerlimiz qızıl medal uğrunda görüşdə almaniyalı Daniel Malsamla qarşılaşacaq. Orxan Həsənov (54 kq) isə yarımfinalda Amerika Birləşmiş Ştatlarının boksçusu Mark Kastroya uduzaraq, bürünc medalla kifayətlənib. Dünya birinciliyinə bu gün yekun vurulacaq.

Xəbər 753 dəfə oxundu.