Ronaldo Realın yeni tarixini yazdı
Espanyolla oyunda penta trik edən Kriştiano Ronaldo Madrid Realının tarixində İspaniya çempionatlarında ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.

Portuqaliyalı futbolçu artıq 230 qol vurub. Bu günə qədərə Realın primeroda ən çox fərqlənən futbolçusu 228 qolla Raul Qonsales idi.

Qeyd edək ki, Raula 228 qol üçün 550 oyun lazım gəlmişdi. Ronaldo isə 230 qolu 203-cü oyununda vurub.

Xəbər 718 dəfə oxundu.