PAOK "Qəbələ" ilə matç öncəsi "Veriya" səfərində
Təmsilçimizin rəqibi növbəti oyununa çıxır

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK bu gün Yunanıstan superliqasında növbəti matçına çıxacaq.

Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Qeyd edək ki, PAOK geridə qalan 2 turdan sonra 1 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, PAOK Avroliqanın qrup mərhələsində ilk matçını sentyabrın 17-də Bakıda "Qəbələ"yə qarşı keçirəcək.

Xəbər 753 dəfə oxundu.