Rüfət Dadaşovun komandası darmadağınla üzləşdi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Lukkenvalde"nin qonağı olub. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib.

Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər 707 dəfə oxundu.