Neftçi İdman Klubunun üzvü Azərbaycan sərbəst güləş tarixinə düşdü
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə Dünya çempionatı davam edir. Sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi İdman Klubu"nun üzvü, ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev bu dəfə də finala qədər maneəsiz irəliləyib.

Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb.

Xəbər 717 dəfə oxundu.