"FİFA-dan gələn məktubda açıq-aşkar qeyd olunur ki, "Xəzər Lənkəran" zəifləməlidir"
Hal-hazırda "Xəzər Lənkəran" klubu FİFA-nın kluba qoyduğu transfer qadağası haqda mətbuat konfransı keçirir.

Bu məsələ haqqında Tuyqun Nadirov öz fikirlərini bildirib:

"Bu gün problemli mövzumuz odur ki, "Xəzər Lənkəran" klubu haqsızlıqla üzləşib. haqsızlıq odur ki, FİFA-nın bütün cəzalardan sonra, 20 avqust 2014-cü ildə transfer qadağası qərarı çıxıb və oktyabr ayında bu qərar bizə gəlib çıxıb. Və qərarda bildirilir ki, 2 ardıcıl transfer pəncərəsində istər yerli, istərsə də legioner futbolçu transfer etmək olmaz. Lakin 31 avqust 2015-ci ildə qadağa müddəti başa çatır və qərar qüvvədən düşür. Bizə göndərilən əlavələrdə bildirilir ki, 2011-ci ildə klubdan şikayət olunduğuna görə, 2010-cu ilin reqlamentinə əməl olunur. Bu reqlamentdə də qeyd olunur ki, qadağa müddəti başa çatandan sonra, komanda heyətini sərbəst futbolçularla gücləndirə bilər.

AFFA tərəfindən 26 avqustda FİFA-ya məktub göndərilib və həmin məktubda transfer pəncərəsindən sonra "Xəzər Lənkəran" azad agent statuslu futbolçuları heyəti gücləndirə bilər?, həmin sorğuya cavab gəlib və həmin cavabda 2012-ci il reqlamentinə əsasən bunun qeyri-mümkün olduğu bildirilib.Göründüyü kimi, cəza başqa reqlamentlə verilir, lakin qadağa müddəti bitəndən sonra başqa reqlamentə baxılır.

Bütün məsələlərlə bağlı FİFA-nın hüquq bölməsinə göndərmişik və onlardan bizə də məktub gəlib. Və orda da açıq-aşkar qeyd olunur ki, klub zəifləsin, zəif heyətlə çıxış etsin"

Xəbər 701 dəfə oxundu.